SON DƏQİQƏ

Paşinyana etibar etmək olmaz

Tarix:

15-10-2020, 13:26

/ 4 800 dəfə oxundu.
Paşinyana etibar etmək olmaz

 

Teyyub Qənioğlu: «Rusiya təkcə Paşinyanın deyil, bütün erməni "xalqının" faşist, satqın təbiətə malik olduğunu nəzərdən qaçırıb»

 

«Seçim Rusiyanındır: kimin tərəfindəsən, beynəlxalq hüquqa tüpürən, faşist, işğalçı, qaniçən, dönük və satqın Ermənistanınmı, yoxsa, beynəlxalq hüquqa uyğun olaraq öz doğma torpaqlarını azad etmək istəyən sülhsevər güclü Azərbaycanın?» Bu fikirləri "Azad Azərbayban"qəzetinəTəkamül Partiyasının sədri Teyyub Qənioğlubildirib.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun öz doğma torpaqlarının yağı düşməndən azad edilməsi üçün apardığı azadlıq müharibəsinə ilk günlər "müharibənin Azərbaycan torpaqlarında getdiyini" əsas götürərək "qarışmayan" Rusiya bu mövqeyi ilə "öz istədiyinə" nail olmayacağını başa düşərək hərəkətə keçib: «Azərbaycan torpaqlarının erməni faşistləri tərəfindən işğal edilməsinə və 30 il ərzində işğal altında saxlanılmasına daim hərbi-siyasi-iqtisadi dəstək verən Rusiyanın bu addımı ilk baxışda "başadüşüləndir". Aydındır ki, Rusiya müharibənin ilk günlərindən belə mövqe sərgiləməklə sorosçu Paşinyanın "burnunu ovacağını" və onun qərbyönümlü siyasətdən vaz keçərək yenə də onun orbitinə qayıdacağına nail olacağını düşünürdü.Amma bu baş vermədi».

T.Qənioğlu qeyd edib ki, Rusiya təkcə Paşinyanın deyil, 7-dən 77-yə qədər erməni "xalqının" faşist, qaniçən, satqın, dönük, qəsbkar təbiətə malik olduğunu nəzərdən qaçırıb: «Rusiya əmin oldu ki, hərbi-siyasi dəstəkistəyi ilə ilk növbədə onlara yalvaran, Putinin ayaqlarını yalayan Paşinyana etibar etmək olmaz. Rusiya İrəvana, eləcə də, Azərbaycan üzərində basqı imkanlarını saxlamaq, Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün Ermənistana "öz ənənəvi dəstəyini verməlidir". Hümanitar məqsədlərlə atəşin dayandırılması haqqında məhz Rusiyanın təhriki və təzyiqi ilə əldə edilmiş atəşkəs razılığını bu istiqamətdə atılmış ilk addım hesab etmək olar».

Partiya sədri vurğulayıb ki, Rusiya belə bir addım atmaqla Ermənistanı qarşılaşdığı məğlub vəziyyətindən qurtarmaq, ona itirdiyi mövqeləri və döyüş sursatlarını bərpa etmək üçün vaxt qazandırmaq məqsədi güdür. Və bu istiqamətdə Rusiya (eləcə də, ermənipərəst Fransa, Belçika, Polşa və bəzi Avropa dövlətləri) "təxirəsalınmaz tədbirlər" görməkdədir: «Rusiya başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hərb yolu ilə həll ediləcəyi təqdirdə Ermənistandan, deməli bütünlüklə Cənubi Qafqazdan çıxarılacaqdır. Ona görə də öz məkrli məqsədləri üçünErmənistanı "müdafiə etmək məcburiyyətindədir". Ancaq Rusiya unutmamalıdır ki, miskin, dilənçi, satqın, dönük, faşistpərəst Ermənistanı dəstəkləməklə öz sərhədlərində daim ona isti münasibət bəsləyən, öz doğma torpaqlarını azad etmək istəyən və buna qadir olan Azərbaycanı, eləcə də, nəinki regionda, həm də, dünyada söz sahibi olan, Rusiya ilə geniş iqtisadi əlaqələrə malik Türkiyəni həmişəlik itirə bilər. Rusiya unutmasın ki, Azərbaycan xalqı heç bir təzyiqə, hədələrə baxmayaraq, şanlı silahlı qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi, ilə öz ərazi bütövlüyünü təmin etmək əzmindədir və buna nail olacaqdır! Seçim Rusiyanındır: kimin tərəfindəsən? Beynəlxalq hüquqa tüpürən, faşist, işğalçı, qaniçən, dönük və satqın Ermənistanınmı, yoxsa, beynəlxalq hüquqa uyğun olaraq öz döğma torpaqlarını azad etmək istəyən sülhsevər, sözü bütöv və güclü Azərbaycanınmı? Və unutmayın:QARABAĞ AZƏRBAYCANDIR!»

Bilman İSAQ

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ