SON DƏQİQƏ
» » Ulu Öndər Heydər Əliyevin yaratdığı irs tükənməzdir – professor Şahlar Əsgərov (müsahibə)

Ulu Öndər Heydər Əliyevin yaratdığı irs tükənməzdir – professor Şahlar Əsgərov (müsahibə)

Tarix:

10-05-2024, 10:28

/ 4 336 dəfə oxundu.
Ulu Öndər Heydər Əliyevin yaratdığı irs tükənməzdir – professor Şahlar Əsgərov (müsahibə)

2024-cü il May ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun müstəqil Azərbaycan kimi əsərini ortaya qoydu. Bu yolda o, tək deyildi. Azərbaycanın görkəmli ziyalıları hər zaman Ulu Öndərə  dəstək olmağı bacardı. Bu ziyalılardan biri də dərin düşüncə adamı, azərbaycanlı professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi Şahlar Əsgərovdur. Bu minvalla ONN İnformasiya Agentliyi olaraq,  əlamətdar gün münasibəti ilə Şahlar müəllimə  bir neçə suallar ünvanladıq:  
Xoş gördük sizi, Şahlar müəllim. Bidiyiniz kimi qarşıda Azərbaycan xalqı üçün əlamətdar gün -10 May müasir Azərbaycanımızı vahid amal ətrafında birləşdirən Ulu Öndər Heydər Əliyevin 101 illik yubileyi yaxınlaşır. Siz Milli Liderimizin ən öncül çiyindaşlarından birisiniz. Belə ki, o dövrün ən ağrılı-acılı illərində siz öz ziyalı mövqeyinizi ortaya qoyub Ümumimilli Liderin yanında oldunuz. onn.az Media Agentliyi olaraq dəyərli fikirlərinizi çoxsaylı oxuculara çatdırmaq istərdik.
Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Heydər Əliyev Azərbaycanın sözün əsl mənasında xilaskarı, və çağdaş dövr tarixinin qurucusumüəllifidirOnu iki-üç cümlə ilə ifadə etmiş olsanızhansı fikirləri deyərdiniz?
Cavab: Mən öz fikrmi illər öncə Yeni Azərbaycan qəzetinə (1.04.95) müsahibə verərkən demişdim ki, onun gəlişi messiyadır. Jurnalist: missiyadır?-deyərək dəqiqləşdirmək istədi. Dedim ki, missiyadan fərqli olaraq messiya – nicatverici, xilaskar, qurtuluşçu anlamını daşıyır. 
Ümumimilli Lider Heydər Əliyevin qanlı “20 yanvar” hadisələrindən sonra vətənə qayıdışını və o zamankı Ayaz Mütəllibov hakimiyyəti dövrünü necə səciyyələndirirsiniz?
Cavab: “20 yanvar” hadisələri zamanı Heydər Əliyev Moskvada yaşayırdı və onun Bakıya gəlişinə A.Mütəllimov tərəfindən qadağa qoyulmuşdu. Bu qadağa Moskvanın da ürəyincə idi.
1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalılarından, yəni 91 lərdən birisiniz. Dövri mətbuatda verdiyiniz müsahibələrdə o dövrü xatırlayərkən siz, “Biz “91” lər ciddi təzyiqlərlə qarşılaşırdıq. Naxçıvana YAP-ın təsis konfransına gedəndə üç-üç, dörd-dörd gedirdik. Hamımız bir təyyarə ilə uçmadıq, çünki təyyarəni partlada bilərdilər”, ifadəsini demisiniz, O təhlükəli, mürəkkəb günləri necə xatırlayırsınız?
Cavab:  91- lərə qarşı təqiblər azalmayıb. Bir neçə siyasi güç mərkəzləri onları indi də sıxırlar. Heydər Əliyev ilində (2023) Heydər Əliyevin kommunist dövrü gen-bol təbliğ edildi. Ulu öndərin ikinci hakimiyyəti dövründə onun yanında olan YAP -da sədrə müavinlik edən insanlardan heç biri göstərilmədi. Gedib rayonlarda kimi isə tapıb soruşurlar, ancaq M.Ələsgərov, S.Təbrizli, M.Ələsgərov, A.Rəhimzadə, Dilarə Seydzadə, S.İmamverdiyev yada düşmədi.
Bu qədər çətinliklərə sinə gərmək istəyi ancaq Vətən sevgisindən irəli gələ bilərdi. 91 Vətən Sevdalısından biri olaraq deyə bilərsinizmi, sizləri bu qədər əzmli, yolundan dönməz olmağa hansı məhəbbət və hansı amallar vadar etmişdi?
Cavab: Mən 90-cı illərə qədər, bir müddət Danimarkada, yarım ilə qədər Finlandiyada elmlə məşğul oldum. Onda dərk etdim ki, azad ölkə nə deməkdir. İstəyirdim ki, Azərbaycan da azad olsun. Əsas səbəb bu idi.
Siz Ulu Öndər Heydər Əliyevin söylədiyi müdrik kəlamlar və fəlsəfi fikirlərini toplayaraq, 1997-ci ildə üç kitab (“Müstəqillik yolu”, “Aforizmlər” və “Quotations, Aforizmi, Aforizmlər”) çap etdirən ilk ziyalısınız. Onun xatirinizdən silinməyən kəlmlarından bir neçə sitat deyə bilərsinizmi?
Cavab: Heydər Əliyevin dərin fəlsəfi düşüncəyə malik rəhbər olduğunu mən bir neçə il öncə hiss etdim. 90-cı illərin ortalarında Şamaxı- İsmayıllı  yol ayrıcında bir şüar var idi: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır”. İmza H.Əliyev yazılmışdır. Düzü əyridən seçə bilməyən M.Qarbaçov Heydər Əliyevi zorən onu təqaüdə göndərəndən sonra, cümləyə dəymədilər, ancaq H.Əliyev sözünü sildilər. Bu qısa cümlədə böyük hikmət yatır. İkinci diqqətimi cəzb edən fikri, 91-lərin məktubuna cavabda oxudum: “Əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, onda ən kiçik məmləkətlər böyük dövlətlər belə qədər qüdrətli olar”.    
 Heydər Əliyev təkrarçılığı sevməzdi. Müstəqilliyi beyinlərə yerləşdirmək məqsədi ilə “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsilmazdır”  dönə – dönə təkrar etdirdi.   Filosof prezident Heydər Əliyevin fəlsəfi fikirləri yüzlərlədir:                                                                                            
 “Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xöşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardı”.  Və ya: 
“Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir”
                   Prezident və xanımı Fəxri xiyabanda 
Prezident və xanımı Fəxri xiyabanda  
Ümummilli öndər H.Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun irsinin öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir və bunun üçün elmi tədqiqat institutlarına və xüsusi akademiyaya ehtiyac var. Yüksək milli-əxlaq nümunəsi olan Ümummilli Liderimiz fenomenal irsi və mənalı həyat yolunun fəal təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə müraciət etməliyik və bu dahi insanın həyatının əbədi milli örnək kimi uşaq və yeniyetmələr arasında daima geniş təbliğ olunmasına çalışmalıyıq. Sizcə bu yöndə nə kimi addımların atılması müasir zamanımızda daha vacibdir?
Cavab:. Fikirlərinizdə haqlısınız. Heydər Əliyevin yaratdığı irs tükənməzdir və iki hissədən ibarətdir: maddi və mənəvi irs. Ulu Öndərin irsini bir üzüyə bənzətsək, maddi irs uzüyün həlqəsi, mənəvi irs isə üzüyün qaşıdır. Təəssüf ki, uzük tərıflənir, onun qiymətli hissəsi qaş yaddan çıxarılıb. Ancaq bilmək lazımdir. Zaman maddi iris aşılaya bilir, ancaq mənəvi rsi aşılaya bilmir. Biz dünyaya Ulu Öndərin mənəvi irsini yaymalıyıq. Bunun üçün “Heydər Əliyev İnistutu”-na ehtiyac böyükdür.
YAP Ağsaqqallar Şurasının Üzvüsünüz. Bu yöndə bu gün də böyük əzmlə, yorulmadan fəaliyyətinizi davam etdirirsiniz. Bu istiqamətdə fikirlərinizi və gördüyünüz işlər barədə oxucuları məlumatlandıra bilərsinizmi?
Cavab: Ağsaqqalar Şurasından öncə  mən 91-lərdən biri və həmin məktubu təşkil edənlərdən biriyəm. İstəyim budur ki, Ulu Öndəri Bülənt Ecevit kimi əhalyə tanıdım. Ecevit deyir: “Heydər Əlirza oğlu min ildə bir döğulan dahilərdəndir”. İnanıram ki, Heydər Əliyevi Ecevit kimi tanıtsa ölkədə siyasi müxalifət olmaz.
Şahlar Əsgərov üçün Azərbaycan dövləti hansı mənanı kəsb edir?
Cavab: Otuz il öncə “Keçid dövrünə fəlsəfi baxış” kitabımda dövləti yan- yana qoyulmuş üç qutu kimi modelləşdirmişdim. Birinci qutuda ölkənun maddi və intellectual potensialı təkülür. Uçüncü qutuda xalqın xöşbəxt yaşama arzusudur. İkinci qutu potensialı arzuya çevirən  mexanizmdir.
Hörmətli Şahlar müəllim, 10 may ərəfəsində qalib Azərbaycana, qalib xalqımıza, müzəffər Ali Baş Komandan, YAP sədri, prezident İlham Əliyevə arzunuz nədir, ümumiyyətlə nə demək istəyərdiniz?
Cavab: Müzəffər Ali Baş Komandan, YAP sədri, prezident İlham Əliyev çox çətin və tarixi bir problemimizi həll etdi. Möcüzə yaratdı. Qarabağ azaddır, Şuşa azaddır, Xan kəndində Azərbaycan bayrağı dalğalanır. Füzülidən təyyarələr həm Qərbə, həm də Şərqə uçur. Prezidentimizə uğurlar diləyirəm. Allahdan ona kömək arzulayıram.
Son olaraq qeyd edirəm: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsilmazdır”. Yaşasın Müstəqil Azərbaycan.
Dəyərli və bir o qədər də ətraflı müsahibə üçün ONN İnformasiya Agentliyi və oxucuları adından böyük ziyalı, sözün əsl mənasında elm fədaisi, ictimai-siyasi xadim – Şahlar Əsgərova təşəkkürümüzü bildiririk.
ONN mediaскачать dle 12.1

Şərhlər