SON DƏQİQƏ
» » İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Tarix:

12-12-2023, 09:21

/ 1 582 dəfə oxundu.
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir.

Dekabrın 12-də Prezident İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.
Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.скачать dle 12.1

Şərhlər