SON DƏQİQƏ
» » İrəvanda minlərlə etirazçı meydanlara axışdı

İrəvanda minlərlə etirazçı meydanlara axışdı

Tarix:

9-05-2024, 20:36

/ 3 518 dəfə oxundu.
İrəvanda minlərlə etirazçı meydanlara axışdı

Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb.
GunAz.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, onlar İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıblar.
Aksiyaçılara qoşulan Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası üçün bir saat vaxt verdiyini bildirib:
“Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram”.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq edərək, bugünkü mitinqin qarşısının alınacağını açıqlamışdı.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ