SON DƏQİQƏ

İrəvanda aksiya keçirilir

Tarix:

4-04-2023, 17:03

/ 1 487 dəfə oxundu.
İrəvanda aksiya keçirilir

Ermənistan parlamentinin binası qarşısında mitinq keçirilir, Paşinyanın istefası tələb olunur.

Bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, aksiyada iştirak edənlər arasında 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri də var.

Onlar Ermənistan dövlətinin təhlükəsizliyini təmin etmək üçün Nikol Paşinyan rejiminin istefasını tələb edirlər.

Məlumata görə, aksiya dinc şəkildə keçirilir və xəbərdarlıq xarakteri daşıyır.
скачать dle 12.1

Şərhlər