SON DƏQİQƏ

Güclü maqnit qasırğası gözlənilir

Tarix:

10-05-2024, 11:46

/ 2 922 dəfə oxundu.
Güclü maqnit qasırğası gözlənilir

Son üç gün ərzində Günəşdə M və X sinif alışmalar baş verib. X.2.2 alışması hesabına yaranan tac kütlə atılması Yerə istiqamətlənib, böyük ehtimalla mayın 11-də Yerə çatmalıdır.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından GunAz.az-a verilən məlumata görə, 8-9 mayda bəzi oblastların aktivliyi səbəbindən geomaqnit qasırğası 11-12 may tarixlərində gün ərzində əsasən G1-G3 səviyyələri arasında dəyişəcək.
Mayın 11-də Bakı vaxtı ilə saat 09.00-12.00 radələrində  qasırğanın güclənəcəyi, G4 səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır. Mayın 13-dən etibarən isə geomaqnit sahə normal səviyyəyə enəcək.
Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
скачать dle 12.1

Şərhlər