SON DƏQİQƏ

Murad Məmmədov Paris-2024-ə lisenziya qazandı

Tarix:

9-05-2024, 21:03

/ 3 126 dəfə oxundu.
Murad Məmmədov Paris-2024-ə lisenziya qazandı

Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
GunAz.az xəbər verir ki, yunan-Roma güləşçimiz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.
60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.
Əvvəlki mərhələlərdə Aleksandrs Yurkyansla (Latviya) Kristofer Krameri (Almaniya) 10:1 və Mixal Tratsı (Türkiyə) 5:1 hesabı ilə məğlub edən pəhləvanımız İstanbuldakı yarışda Azərbaycan yığmasının ilk lisenziyasının sahibi olub.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 2 güləşçisi Paris-2024-ə lisenziya üçün həlledici qarşılaşmaya çıxacaq.скачать dle 12.1

Şərhlər