SON DƏQİQƏ
» » Paşinyan: Azərbaycanla sülh iqtisadi inkişaf deməkdir

Paşinyan: Azərbaycanla sülh iqtisadi inkişaf deməkdir

Tarix:

13-04-2026, 15:46

/ 3 340 dəfə oxundu.
Paşinyan: Azərbaycanla sülh iqtisadi inkişaf deməkdir

Bakı və İrəvan arasında sülhün bərqərar olması Ermənistan üçün iqtisadi inkişafın yeni mərhələsini açır.
GunAz.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bu gün Ermənistanın iri işəgötürənləri ilə görüşü zamanı bildirib.
"Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə biz TRIPP (Tramp Marşrutu - red.) layihəsinin işə salınması ilə bağlı mühüm hadisələrin baş verəcəyini gözləyirik", - Paşinyan deyib.
Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycan ərazisindən Ermənistana artıq dəmir yolu yükdaşımaları həyata keçirilir.
Bundan əlavə, o, TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolu əlaqəsinin açılmasının vacibliyini qeyd edib.
скачать dle 12.1

Şərhlər