Bu bəyanat AB-yə elektrik enerjisinin idxalı və ixracı üzrə konkret proqramla bağlıdır, Ermənistanın Elektrik Şəbəkələri şirkətinin gələcək idarəçiliyi ilə bağlı deyil.
GunAz.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan dekabrın 4-də jurnalistlərlə söhbətində AB-nin genişlənmə üzrə komissarı Marta Kosun AB-nin Ermənistanı Gürcüstan və Türkiyənin elektrik şəbəkələrinə qoşulmasında dəstəkləməyə hazır olması barədə bəyanatını şərh edərkən bildirib.
"ABŞ-da sənədlərin imzalanmasından sonra (avqustda Azərbaycanla imzalanan razılaşmalar - red.) Ermənistana investisiya marağı artıb və biz AB-nin infrastruktur layihələrinin, o cümlədən TRIPP layihəsi çərçivəsində həyata keçirilməsində iştirakında maraqlıyıq.
Biz TRIPP layihəsinin həyata keçirilməsində yaxşı irəliləyiş əldə edirik və layihə müəyyən etdiyimiz müddətlərdə həyata keçiriləcək", - baş nazir əlavə edib.
O, həmçinin Ermənistanın ŞƏT-ə üzvlüyündə, eləcə də Çinlə əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, noyabrda Ermənistanda turizm rekord həddə çatıb. Paşinyan bunu Azərbaycanla sülh prosesinin irəliləməsi ilə əlaqələndirib.Publika.az