SON DƏQİQƏ
» » Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Tarix:

Bu gün, 16:25

/ 2 811 dəfə oxundu.
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda göndərilib.
"Azərbaycan Dəmir Yolları"ndan GunAz.az-a verilən məlumata görə, yük Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyə qədər Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
скачать dle 12.1

Şərhlər