SON DƏQİQƏ
» » İran 24 milyard dollarını geri ala biləcəkmi?

İran 24 milyard dollarını geri ala biləcəkmi?

Tarix:

Bu gün, 15:28

/ 3 242 dəfə oxundu.
İran 24 milyard dollarını geri ala biləcəkmi?

ABŞ administrasiyası Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumu imzalandıqdan dərhal sonra dondurulmuş İran aktivlərinin qaytarılacağı barədə məlumatları təkzib edib.
GunAz.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanala danışan məlumatlı amerikalı rəsmi bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, söhbət öhdəliklərin yerinə yetirilməsi əsasında həyata keçiriləcək razılaşmadan gedir və İran üzərinə götürdüyü şərtləri icra etməyənə qədər heç bir dondurulmuş vəsaitin açılması nəzərdə tutulmur.
Bu arada “Financial Times” nəşri öz mənbələrinə istinadən yazıb ki, İrana qarşı sanksiyaların yumşaldılması, o cümlədən aktivlərin dondurulmasının ləğvi birbaşa Tehranın nüvə proqramı üzrə əldə olunacaq irəliləyişdən asılı olacaq.
Mənbələrin məlumatına görə, ABŞ atəşkəs rejiminin 60 günlük uzadılması dövründə İrana neft satışına icazə verəcək.
Bundan əvvəl İranın “Mehr” agentliyi xəbər vermişdi ki, Vaşinqton və Tehran arasında hazırlanmış anlaşma memorandumu layihəsinə əsasən, yekun danışıqların aparıldığı 60 günlük müddətdə İranın 24 milyard dollar həcmində dondurulmuş aktivlərinin açılması nəzərdə tutulur. Bildirilirdi ki, həmin məbləğin yarısı danışıqlar başlamazdan əvvəl Tehrana təqdim olunmalıdır.
скачать dle 12.1

Şərhlər