SON DƏQİQƏ
» » ABŞ HƏMAS-a silahların bir hissəsini müvəqqəti saxlamağa icazə verə bilər

ABŞ HƏMAS-a silahların bir hissəsini müvəqqəti saxlamağa icazə verə bilər

Tarix:

11-02-2026, 09:26

/ 2 228 dəfə oxundu.
ABŞ HƏMAS-a silahların bir hissəsini müvəqqəti saxlamağa icazə verə bilər

ABŞ HƏMAS-dan İsrailə zərbə endirmək imkanına malik bütün silahları təhvil verməyi tələb etsə də, müəyyən müddət üçün atıcı silahların saxlanmasına icazə verə bilər.
GunAz.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton HƏMAS-ın İsrailə qarşı istifadə oluna biləcək bütün silahları təhvil verməsini tələb edəcək. Bununla yanaşı, ABŞ tərəfi hərəkatın müəyyən sayda atıcı silahı müvəqqəti olaraq özündə saxlamasına razılıq verə bilər.
Qəzet yazır ki, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner, Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və BMT-nin Yaxın Şərq üzrə sülh prosesi üzrə keçmiş xüsusi koordinatoru Nikolay Mladenovun daxil olduğu danışıqlar qrupu yaxın həftələrdə bu təklifi HƏMAS-a təqdim edəcək. Bildirilir ki, təklifin müddəaları hələ tam təsdiqlənməyib və dəyişdirilə bilər.Teleqraf
скачать dle 12.1

Şərhlər