HƏMAS-ın siyasi qanadına İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş rəhbərlik edəcək.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı adı açıqlanmayan mənbələrə istinadən “Al-Arabiya” telekanalı yayıb.
Mənbələr Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərvişin yeni seçkilərə qədər Həmas siyasi bürosuna rəhbərlik edəcəyini bildirib.
Bundan əvvəl təşkilata müvəqqəti olaraq HƏMAS-ın keçmiş rəhbəri Xalid Maşalın rəhbərlik edəcəyi bildirilirdi. Ərəb mediası qeyd edir ki, Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvar Maşalın geri qayıtmasının qəti əleyhinə olduğu üçün bu qərar ləğv edilib.