HƏMAS-ın hərbi qanadının lideri, “İzzəddin Briqadası”nın komandiri Məhəmməd Deyf Qəzza zolağında öldürülüb.
GunAz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda səfərdə olarkən iyulun 31-i gecə saat 2 radələrində onun yaşadığı iqamətgaha atılan raket zərbəsi nəticəsində həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail Müdafiə Qüvvələri isə bu hadisəyə görə məsuliyyət daşımadığını açıqlayıb.
Hadisə ilə əlaqədar İranda üçgünlük - iyulun 31-dən avqustun 2-dək matəm elan edilib.
Ölkənin ali lideri Əli Xamenei onun qisasının alınacağına söz verib. Eyni zamanda, İran ərazisində “qisas bayrağı” hesab olunan qırmızı bayraq qaldırılıb.