
Naxçıvanda 10 yaşlı uşaq fiziki qüsurlular üçün nəzərdə tutulan arabadan yıxılaraq ölüb.
GunAz.az xəbər verir ki, hadisə Babək rayonunda baş verib.
Rayonun Şıxmahmud kəndində 2016-cı il təvəllüdlü R.Ə. yaşadığı evin həyətində fiziki qüsurlular üçün arabadan yıxılıb və baş nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.































