SON DƏQİQƏ

Bakının mərkəzində "Kia" yandı

Tarix:

Bu gün, 10:05

/ 3 242 dəfə oxundu.
Bakının mərkəzində "Kia" yandı

Bakıda minik avtomobili yanıb.
GunAz.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə gecə saatlarında paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Görüntülərdə avtomobilin alov içində qaldığı, hadisə yerinə polis və yanğınsöndürənlərin cəlb olunduğu əks olunub.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) vurğulanıb ki, Zərifə Əliyeva küçəsində avtomobil yanan zaman xəsarət alan olmayıb.
"Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən KİA markalı minik avtomobilində baş vermiş yanğın söndürülüb. Yaxınlıqda yerləşən obyekt yanğından mühafizə olunub", - məlumatda bildirilib.
скачать dle 12.1

Şərhlər