SON DƏQİQƏ

Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu

Tarix:

Bu gün, 09:13

/ 3 249 dəfə oxundu.
Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu

Yaponiyanın şimal-şərqində 7,2 bal gücündə zəlzələ baş verib, nəticədə ən azı beş nəfər xəsarət alıb.
GunAz.az xəbər verir ki, zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit Okeanda yerləşib. Zəlzələnin gücü əvvəlcə 6,9 bal olaraq qiymətləndirilsə də, sonradan Yaponiyanın Baş Meteorologiya İdarəsi zəlzələnin maqnitudasını 7,2-yə yüksəldib.
Məlumata görə, xəsarət alanlar İvate və Aomori prefekturalarının sakinləridir.
Zəlzələ səbəbilə şimal-şərq bölgələrində yüksək sürətli qatarların hərəkəti dayandırılıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilib, lakin bir neçə dəqiqə sonra ləğv edilib. Yerli sakinlərə potensial təkrar təkanlar barədə də xəbərdarlıq edilib.
скачать dle 12.1

Şərhlər