SON DƏQİQƏ
» » HƏMAS İsrail üçün “sürpriz” hazırlayıb

HƏMAS İsrail üçün “sürpriz” hazırlayıb

Tarix:

20-10-2023, 16:10

/ 1 569 dəfə oxundu.
HƏMAS İsrail üçün “sürpriz” hazırlayıb

HƏMAS İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı keçirəcəyi təqdirdə istifadə olunacaq texnoloji cəhətdən daha inkişaf etmiş silah arsenalını ehtiyatda saxlayır.

Bu barədə “Vaşinqton Post” hərbi ekspertlərə istinadən məlumat yayıb.

“HƏMAS yaraqlıları kritik infrastruktura və İsaril hərbi bazalarına zərbələr endirmək üçün sualtı PUA və ya dəqiq idarə olunan raketlərdən istifadə edə bilər. Çox güman ki, HƏMAS-ın gələcəkdə görə biləcəyimiz gizli hərbi potensialı var”, - məlumatda deyilir.

Qeyd olunur ki, HƏMAS Livanın Hizbullah qruplaşmasının 2006-cı ildə İsrail ordu qüvvələri ilə müharibədə istifadə etdiyi taktikalardan bəhrələnə, İsrail ordusu onların ərazisində olarkən qabaqcıl silahlarla cəbhə xəttindən uzaqda yerləşən hədəflərə qəfil hücumlar təşkil edə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ