SON DƏQİQƏ

Fələstin də itkilərinin sayını açıqladı

Tarix:

9-10-2023, 11:45

/ 1 588 dəfə oxundu.
Fələstin də itkilərinin sayını açıqladı

7 oktyabrdan – HƏMAS və “İslami-Cihad”ın İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı başlatmasından sonra İsrail ordusunun cavab zərbələri nəticəsində Qəzza zolağında ölən fələstinlilərin sayı 424-ə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, xəsarət alanların sayı 2,3 mindən çoxdur.

Qeyd edək ki, İsrail HƏMAS-ın hücumları nəticəsində 700-dən çox sakinin öldüyünü, 2,2 mindən çox insanın isə yaralandığını açıqlayıb. Eyni zamanda, İsrail ordusu döyüşlərdə indiyə qədər 73 hərbçi itirdiyini elan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ