SON DƏQİQƏ
» » İsraildə ölənlərin və yaralıların sayı artdı - YENİLƏNİB

İsraildə ölənlərin və yaralıların sayı artdı - YENİLƏNİB

Tarix:

7-10-2023, 23:25

/ 2 862 dəfə oxundu.
İsraildə ölənlərin və yaralıların sayı artdı - YENİLƏNİB

“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 200-dən çox insan həyatını itirib.
Bu barədə İsrail mətbuatı xəbər verir.Son məlumata görə, İsrail tərəfinin yaralılarının sayı 1 100 nəfər təşkil edir. Yaralılardan 18 nəfərin vəziyyəti çox ağır, 267-si isə orta ağır olaraq qiymətləndirilir.Mənbə: “The times of Israel”
22:23İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib.
Bu barədə “Telegram” kanalları məlumat yayıb.Mənbə: Lenta dnya
21:48“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.
Hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb.Ölənlərin sayının daha da artacağı gözlənilir.Mənbə: “The Times of Israel”
16:56Bu gün səhər saatlarında Qəzza zolağından İsrailə endirilən çoxsaylı raket zərbələrindən sonra ölənlərin sayı 40-ı keçib. 
Qeyd edək ki, yaralananların sayı 770-i keçib. 
15:11HƏMAS-ın İsrailə endirdiyi aviazərbələrdən sonra yaralıların sayı durmadan artır.
Belə ki, ən son məlumatlara görə yaralıların sayı 500-dən çoxdur. Qeyd edək ki, bu səhər saatlarından Qəzza zolağından İsrail raketlərdən atəşə tutulub. 
14:23İsrailin cənub və mərkəzinə raket hücumlarında ölənlərin satının 22-ə çatdığı bildirilir. Həmçinin ən azı 70-i ağır olmaqla, 300-dən çox yaralı var.  
Qeyd edək ki, HƏMAS kütləvi hücumda əsgərləri, mülki vətəndaşları əsir götürdüyünü iddia edir.
12:51İsrailin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində altı nəfər ölüb, 300 nəfər yaralanıb.
Döyüşlərin getdiyi ərazilərdə sakinlər terrorçular tərəfindən atəşdə tutulur, yaralıların sayı durmadan artır.Mənbə: timesofisrael
12:20İsrailin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində azı 80 nəfər yaralanıb.
Məlumata görə, Qəzza zolağından atılan kütləvi raket hücumundan sonra 80-ə yaxın yaralı İsrailin cənubundakı Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına aparılıb.Qeyd olunur ki, Qəzzadan olan radikallar bir neçə saat ərzində İsrailə beş mindən çox raket atıblar. RIA novosti
скачать dle 12.1

Şərhlər