SON DƏQİQƏ
» » Mərakeşdə zəlzələdə ölənlərin sayı artdı

Mərakeşdə zəlzələdə ölənlərin sayı artdı

Tarix:

11-09-2023, 15:24

/ 1 699 dəfə oxundu.
Mərakeşdə zəlzələdə ölənlərin sayı artdı

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.

Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

скачать dle 12.1

Şərhlər