SON DƏQİQƏ

Makron indi də Gürcüstana SATAŞIR

Tarix:

12-12-2024, 22:09

/ 4 868 dəfə oxundu.
Makron indi də Gürcüstana SATAŞIR

Fransa prezidenti Emmanuel Makron Gürcüstan hökumətini Avropa yoluna xəyanətdə ittiham edib.
GunAz.az xəbər verir ki, dövlət başçısı bu barədə Polşanın baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstanda keçirilmiş seçkilərdən sonra hökumət başçısının bəyanatları seçki öncəsi seçicilərə deyilənlərlə tamamilə ziddiyyət təşkil edir.
E.Makron Gürcüstandakı vəziyyətlə bağlı narahatlığını bir daha ifadə edib.
O, Rusiyanın Avropadakı seçkilər prosesinə hibrid hücumlar etdiyini də söyləyib. Buna nümunə olaraq prezident Gürcüstan, Moldova və Rumıniyanı göstərib.
“Gürcüstan aşkar hücumun və manipulyasiyanın qurbanı oldu”, - E.Makron söyləyib.
скачать dle 12.1

Şərhlər