SON DƏQİQƏ
» » Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın QARANTIDIR-ANIM

Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın QARANTIDIR-ANIM

Tarix:

10-12-2024, 21:03

/ 2 960 dəfə oxundu.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın QARANTIDIR-ANIM

 Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Meyvəli" Ticarət Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 21 illiyi ilə əlaqədar anım mərasimi təşkil olunub. Tədbirin başlanğıcında Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Mərasimi öz çıxışı ilə açan "Meyvəli" Ticarət Mərkəzinin direktoru Əbülfət Qocayev dahi rəhbərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə respublikamızın əldə etdiyi uğurlardan danışaraq bugünkü sabitlik və inkişafın əsaslarının məhz onun dövründə qoyulduğunu, həmin siyasi kursun hazırkı Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirildiyini bildirib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək müasir dünyada baş verən proseslərə  diqqəti çəkib və  Azərbaycanın da 1990-93-cü illərdə Suriya, Ukrayna, Gürcüstan və s. dövlətlərin  vəziyyətində olduğunu, lakin ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra onun müəyyən etdiyi siyasi kurs və həmin kursun uğurla davamı nəticəsində 44 Günlük 2-ci Qrabağ Vətən Müharibəsində ölkəmizin işğal altında olan 20 faizdən çox torpaqlarının azad edildiyini, qalib ölkə olaraq bütün azad olunmuş rayon və şəhərlərimizə, o cümlədən Xankəndinə Azərbaycanın üçrəngli Dövlət Bayrağının sancıldığını, dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, COP29 və digər  bu kimi möhtəşəm beynəlxalq konfransların ölkəmizdə keçirildiyini bildirib.
Bilman İSAQ


скачать dle 12.1

Şərhlər