SON DƏQİQƏ
» » Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü

Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü

Tarix:

9-12-2024, 16:00

/ 2 326 dəfə oxundu.
Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İshaq Hersoqla görüşüb.
GunAz.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin X hesabında paylaşım edilib.
Bildirilib ki, Prezidentin köməkçisi İshaq Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.
İsrail prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional məsələlər müzakirə edilib.
скачать dle 12.1

Şərhlər