SON DƏQİQƏ
» » Elçibəyə sui-qəsd: Killer son anda niyə atəş açmadı?

Elçibəyə sui-qəsd: Killer son anda niyə atəş açmadı?

Tarix:

16-09-2024, 10:06

/ 4 805 dəfə oxundu.
Elçibəyə sui-qəsd: Killer son anda niyə atəş açmadı?

Tarixçi Zaur Əliyev Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyə sui-qəsd cəhdindən və bunun Ayrat Gimranovun kriminal dəstəsi tərəfindən təşkil edilməsindən yazıb. O bildirib ki, sözügedən dəstə 1990-cı illərin əvvəllərindən 1999-cu ilə qədər Sankt-Peterburqda fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup olub və dolayısı ilə sui-qəsdin arxasında Rusiya dayanıb.
GunAz.az xəbər verir ki, mövzu ilə bağlı danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş politoloq Oqtay Qasımov deyib ki, Elçibəyə bir neçə dəfə sui-qəsd cəhdi olub:
“Onlardan biri 1991-ci il 23 avqustda AXC-nin qərargahına edilən hücum vaxtı ona yetirilən ciddi xəsarət idi. Bununla bağlı fotolar dövrü mətbuatda zaman-zaman yayılırdı. Bu sui-qəsd cəhdi o zamankı “Qardaşlıq təşkilatı” və digər kriminal qruplarla birlikdə Bakı şəhərinin polis rəisinin də məlumatı daxilində keçirilmişdi. Elçibəyin prezidentliyə namizəd olduğu vaxtda növbəti sui-qəsd cəhdində Ramiz adlı bir şəxsə tapşırıq verildiyi, lakin onun bundan imtina etdiyi məlum oldu.
Hələ 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin sədri olduğu zaman Zəngilan səfərində kimliyi məlum olmayan bir şəxsə konkret ünvanda sui-qəsd törətmək əmri verilir, lakin həmin şəxs Elçibəyin Zəngilandakı evinin mötəbər seyid ocağına aid olduğunu öyrəndikdə güllə atmaqdan imtina edir. 1991-ci ildə Yevlax yaxınlığındakı kafelərin birində yemək yedikləri zaman da belə bir cəhd edilmişdi”.
Politoloqun sözlərinə görə, Elçibəyin prezidentliyi dövründə də bir neçə dəfə belə hallar təkrarlanıb:
“1992-ci ilin avqustunda Elçibəy Gəncədən Tərtərə gedərkən yolda avtomobil kortejinin qarşısına mərmi yüklənmiş kamaz çıxmışdı. Bu zaman prezidentin mühafizə xidmətinin rəhbəri Vaqif Axundov daxil bir neçə nəfər xəsarət almışdı.
1993-cü il fevralın 9-da Elçibəyin təyyarəsi Gəncədən Bakıya uçarkən raket atılmışdı. Lakin hədəfdən yayınmışdı. Kələkidə olduğu zaman da bunun kimi müəyyən cəhdlər olmuş, qarşısı alınmışdı. Bu sui-qəsd cəhdlərinin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını istisna olunmur”. Globalinfo.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ