
“Ukrayna ilə bağlı ikinci sülh sammiti Səudiyyə Ərəbistanında keçirilə bilər”.
GunAz.az xəbər verir ki, bu sözləri İsveçrə Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qabriel Luçinger deyib.
Onun sözlərinə görə, sammitin keçiirlməsi ilə bağlı ən çox ehtimal olunan yer Səudiyyə Ərəbistanıdır. O, həmçinin Rusiyanın tədbirə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Cənab Luçinger əlavə edib ki, Çinin sonuncu sammitdə iştirak etməməsi uğursuzluq sayıla bilər. Diplomat şəxsən ÇXR ilə əlaqə saxlayıb və onun iştirakını təmin etməyə çalışıb.
“Çinsiz həll yolu yoxdur. Şəxsən mən çox məyus oldum ki, onların nümayəndələrini Bürgenştokda görmədim. Bu uğursuzluqdur”, – deyə o, əlavə edib.
Ukrayna üzrə ilk sülh sammiti iyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok şəhərində keçirilib. İclasdan sonra 80 ölkə və 4 təşkilatın imzaladığı kommünike dərc olunub. Rusiya tərəfi dəvət alacağı təqdirdə tədbirdə iştirak etməyəcəyini bəyan edib. İsveçrə Xarici İşlər Nazirliyi Rusiyanın sammitdə iştirakının vacibliyi barədə məlumat verib. Bununla belə, kommünikedə münaqişənin bütün tərəflərinin gələcək tədbirlərdə iştirakının zəruriliyi vurğulanır.