SON DƏQİQƏ

Ziya Hacılı yeni vəzifəyə təyin edildi

Tarix:

23-04-2024, 11:34

/ 3 310 dəfə oxundu.
Ziya Hacılı yeni vəzifəyə təyin edildi

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.
Konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.
Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib, təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi, NATO məktəbi, Avropa Kolleci daxil olmaqla bir sıra tədqiqat mərkəzlərində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma və s. mövzularda proqramlarda iştirak edib. Tarix üzrə fəlsəfə doktorudur.
2004-cü ildən dövlət qurumlarında beynəlxalq əməkdaşlıq və kommunikasiya sahələrində müxtəlif vəzifələrdə işləmiş, özəl sektorda dövlət və özəl sahələrin dialoqu ilə bir sıra müasir texnoloji yeniliklərin sənayedə və aqrar sektorda istehsalata tətbiqi, sənayedə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində özəl peşə məktəblərinin yaradılması üzrə təcrübəyə sahibdir. 2021-ci ilin aprelindən Mərkəzi Bankda Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ