SON DƏQİQƏ
» » Ərdoğan Fələstinlə bağlı Roma Papasına məktub göndərdi

Ərdoğan Fələstinlə bağlı Roma Papasına məktub göndərdi

Tarix:

13-04-2024, 15:00

/ 2 701 dəfə oxundu.
Ərdoğan Fələstinlə bağlı Roma Papasına məktub göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinlə bağlı Roma Papası I Fransiskə məktub göndərib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Məktubda Qəzzada beynəlxalq və humanitar hüququn pozulmasına artıq icazə verilməməyinin vacibliyi vurğulanıb:
“Bəşəriyyət müharibədə toxunulmaz statusuna malik xəstəxanaların, məktəblərin, məscidlərin və kilsələrin məqsədli şəkildə bombalanmasına qarşı səsini ucaltmalıdır. Fələstin-İsrail məsələsi ədalətli həll olunmadan Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olmaqla, yaranması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir”.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ