SON DƏQİQƏ

Türkiyədən İsrailə mesaj

Tarix:

28-10-2023, 16:48

/ 2 623 dəfə oxundu.
Türkiyədən İsrailə mesaj

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Qəzzada atəşkəsin əldə olunması ilə bağlı çağırışını dəstəkləyirik. Ancaq mətndə yer alan çağırışların tez bir zamanda həyata keçirilməsi təmin olunmalıdır.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Türkiyə olaraq İsraili beynəlxalq ictimaiyyətin bu ortaq səsinə qulaq asmağa, hücumları dayandırmağa və sülh üçün fürsət verməyə çağırırıq.

Fələstin məsələsinin ədalətli həlli olmadan Yaxın Şərqdə daimi sülh və sabitlik mümkün olmayacaq. Buna görə də İsrailin öz təhlükəsizliyini təmin etməsi qeyri-mümkündür”, - bəyanatda bildirilib.

Eyni zamanda vurğulanıb ki, münaqişənin həll yolu 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan, müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş Fələstin Dövlətinin qurulmasından keçir:

“Bu kritik prosesdə Türkiyə olaraq bütün ölkələrin üzərinə düşən vəzifələri yerinə yetirməyi və tarixin doğru tərəfində olmağa dəvət edirik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ