SON DƏQİQƏ

Putindən növbəti terror XƏBƏRDARLIĞI

Tarix:

2-04-2024, 17:39

/ 2 655 dəfə oxundu.
Putindən növbəti terror XƏBƏRDARLIĞI

“Crocus City Hall” terror aktını sifariş edənlər mütləq tapılacaq.
GunAz.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegial iclasında çıxışı zamanı deyib.
 
O bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktından son faydalananları müəyyən etmək vacibdir.
V.Putin həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq artırılmalıdır: “Ölkədəki ictimai yerlər diqqətlə qorunmalıdır”.
Rusiya liderinin sözlərinə görə, Moskva vilayətindəki terror aktı ilə bağlı vəziyyətin təhlili son dərəcə obyektiv və peşəkar olmalıdır: “Çünki bu hadisə bizə çox baha başa gəldi”.
O, sözügedən terror aktının ölkə daxilində nifaq salmaq üçün törədildiyini bildirib və bunun qəbuledilməz olduğunu diqqətə çatdırıb: “Bu terror aktını sifariş edənlər Rusiyanı parçalamaq istəyirdilər”.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.
Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya “hesaba qatılmamış” sayılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ