SON DƏQİQƏ
» » Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR: Ölənlərin sayı 70-ə çatdı - YENİLƏNİB + FOTO/VİDEO

Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR: Ölənlərin sayı 70-ə çatdı - YENİLƏNİB + FOTO/VİDEO

Tarix:

23-03-2024, 09:15

/ 3 939 dəfə oxundu.
Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR: Ölənlərin sayı 70-ə çatdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.
Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, ölənlərin sayı 70 nəfərə çatıb.
Mənbədən vurğulanıb ki, onlar ayaqyolunda, bəslənmə otaqlarında (körpələri yedizdirmək üçün) və təmizlik inventarlarının yığıldığı otaqlarda gizlənsələr də, yanğının tüstüsündən boğulublar.
02:56
Moskvada “Crocus City Hall” konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, ölənlərin sayı 62 nəfərə çatıb.
Eyni zamanda, binanın bütün otaqları hələ də yoxlanılmayıb.
Bu səbəbdən ölənlərin sayı arta bilər.
Qeyd edək ki, baş verən hadisə nəticəsində yaralananların sayı 147-yə çatıb.
02:07
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə çatıb.
Bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.
Qeyd edək ki, baş verən hadisə nəticəsində 40 nəfər ölüb.
01:15
Moskvada konsert zalında baş verən hadisə nəticəsində başlayan yanğın söndürülüb.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı ilə bağlı cinayət işi açıb.
Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.

Mənbə: TASS
00:38
Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı ilə bağlı cinayət işi açıb.
Bu barədə Rusiya İK mətbuat xidməti məlumat yayıb.
“Crocus City Hall” konsert zalında baş vermiş insidentdən sonra Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açıb”, - deyə bəyanatda qeyd olunub.
Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının istintaq qrupu hadisə yerinə gedib.

Mənbə: TASS
22.02.2024, 23:36
“Crocus Group”un rəhbəri Araz Ağalarov və “Crocus City Hall”un rəhbəri Emin Ağalarov hadisə yerindədirlər.
Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.

22.02.2024, 23:16
“Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb.
Bina yanmağa davam edir. Yanğın sahəsi təxminən üç min kvadratmetr təşkil edir.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binada baş verən yanğının söndürülməsi üçün aviasiyadan istifadə edilir, helikopter yanan binaya su tökür, daha iki helikopter isə havaya qalxmağa hazırlaşır.
Qeyd olunub ki, “Crocus City Hall”un yaxınlığında içərisində partlayıcı maddə olan avtomobil ola bilər, Xüsusi Çevik Müdaxilə Dəstələri insanları binadan uzaqlaşdırırlar.
Həmçinin, yeni çökmənin baş verdiyi də bildirilir. Binadan qışqırıq səsləri eşidilir.
Mənbə: news.ru
22.02.2024, 23:00
Moskvada “Crocus City Hall” ticarət mərkəzində yeni partlayış səsi eşidilib.
Qeyd olunub ki, bina tam mühasirəyə alınıb. Xüsusi Çevik Müdaxilə Dəstəsi binaya basqın etməyə başlayıb. Yanğınsöndürənlər də həmçinin binaya daxil olublar.

Bildirilib ki, terrorçular ticarət mərkəzinin zallarından birində barrikada qurublar.
Ticarət mərkəzində ilişib qalanların sayı barədə dəqiq məlumat yoxdur.
Verilən məlumata görə, hücum edənlərdən dördü cinayət yerindən qaça bilib.


 
Mənbə: “BAZA” “Telegram” kanalı
скачать dle 12.1

Şərhlər