SON DƏQİQƏ

Baş nazir müavinləri Moskvada GÖRÜŞDÜ

Tarix:

8-12-2023, 22:04

/ 2 795 dəfə oxundu.
Baş nazir müavinləri Moskvada GÖRÜŞDÜ

Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.
 Overçukun administrasiyasından verilən məlumata görə, baş nazirin müavinləri Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini nəzərdən keçiriblər.
Hökumətlərarası komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edərək, ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımının 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artdığı vurğulanıb.
Tərəflər əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
скачать dle 12.1

Şərhlər