SON DƏQİQƏ
» » SON DƏQİQƏ: Bakı və İrəvan arasında razılıq əldə olundu

SON DƏQİQƏ: Bakı və İrəvan arasında razılıq əldə olundu

Tarix:

30-08-2022, 18:31

/ 2 003 dəfə oxundu.
SON DƏQİQƏ: Bakı və İrəvan arasında razılıq əldə olundu

Avqustun 30-da Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk Şahin Mustafayev və Mger Qriqoryanla görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

Üçüncü görüşün razılaşdırılmış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ