SON DƏQİQƏ
» » Azərbaycan və Rusiya arasında protokol imzalandı

Azərbaycan və Rusiya arasında protokol imzalandı

Tarix:

26-09-2019, 21:00

/ 1 073 dəfə oxundu.
Azərbaycan və Rusiya arasında protokol imzalandı

Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışaraq bu istiqamətdə münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirib və 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər.

Görüşün sonunda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu” imzalanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ