SON DƏQİQƏ
» » Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevi təbrik edib

Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevi təbrik edib

Tarix:

26-09-2023, 18:00

/ 1 601 dəfə oxundu.
Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevi təbrik edib

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Zati-alinizin sarsılmaz qətiyyəti və əzmi sayəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərinin zəfərlə başa çatması bizim kimi, bütün Türk və İslam dünyasında sevinclə qarşılandı.

Fürsətdən istifadə edərək, Sizə və lideri olduğunuz Azərbaycan xalqına ən xoş arzularımı, təbriklərimi və ehtiramımı ifadə edirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ