SON DƏQİQƏ

Smartfonların yaşlılara təsiri necədir?

Tarix:

30-07-2022, 08:05

/ 1 587 dəfə oxundu.
Smartfonların yaşlılara təsiri necədir?

Müxtəlif qadcetlərdən gələn mavi işığın zərərli təsirlərinin insanın yaşı ilə əlaqəsi öyrənilib. Məlum olub ki, yaş keçdikcə bu zərər daha da arta bilər.

Bu barədə Oreqon Dövlət Universitetinin alimləri bəyan ediblər. Alimlərin bununla bağlı tədqiqatları "Medical Xpress”də dərc olunub.

 

Mütəxəssislər təcrübədə "Drosophila melanogaster” adlanan meyvə milçəyindən istifadə ediblər (Məhz bu həşəratların üzərində təcrübələrin aparılması onların insanlarla oxşar hüceyrə quruluşu modelinə malik olması ilə bağlıdır).

Alimləri zərərli şüalanmaya məruz qoyulan həşəratlarda təkcə mavi işığın hüceyrə mitoxondrilərinə patoloji təsiri deyil, həm də qocalmış subyektlərə təsirləri maraqlandırıb.

Əvvəlcə iki günlük böcəklər, sonra isə 20, 40, 60 günlük olanlar şüalandırılıb. Məlum olub ki, zərərli təsir yaşlı milçəklərdə daha çox özünü göstərir.

Qeyd edək ki, smartfon ekranından və ya kompüter monitorundan çıxan mavi işıq günəş işığının bənövşəyidən maviyə qədər olan spektrinin bir hissəsi olduğundan gözlər üçün zərərlidir. Bundan əlavə, uzun müddət mavi işığa məruz qalmaq, yuxu hormonu olan melatoninin normal istehsalını pozur. Bu səbəbdən yuxu qısa və narahat olur

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ