SON DƏQİQƏ
» » Autizm xəstəliyindən tamamən sağalmaq mümkündürmü? - AÇIQLAMA

Autizm xəstəliyindən tamamən sağalmaq mümkündürmü? - AÇIQLAMA

Tarix:

2-04-2021, 14:07

/ 3 781 dəfə oxundu.
Autizm xəstəliyindən tamamən sağalmaq mümkündürmü? - AÇIQLAMA

Valideynlər uşaqlarının autizmli olduğunu anlamaq üçün bu xəstəlik barədə məlumatlı olmalıdırlar.

Bu sözləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova deyib.

O xəstəliyin əlamətlərini anlamaq və autizmin daha çox hansı yaş aralığında özünü göstərdiyini bilmək üçün aşağıdakı məlumatlara diqqətlə yanaşılmalı olduğunu bildirib:

 

"Hər valideyn autistik pozuntular barədə məlumatlı olmalıdır. Autizmli uşaq aşağıdakı spesifik xüsusiyyətlərə görə tanınır:

Uşaq anası və digər yaxınları ilə təmasda olmur

Tez-tez eyni təkrarlanan hərəkətləri edir

Maraq dairəsi məhduddur

Uşağın davranışı çox vaxt dağıdıcıdır: aqressivdir, qışqıra bilər, özünə zərər verə bilər və s.”.

"Bir qayda olaraq, autistik əlamətlər 3 yaşına qədər özünü göstərir. Bəzən, valideyn uşağın digər sağlamlıq problemlərindən şübhələnir: nitq inkişafı ləngiməsindən və ya eşitmə zəifliyindən. Autistik pozuntuların ilk əlamətləri fərqlidir və valideyn onlara daha tez diqqət yetirməlidir. Məsələn, uşaqlar passivdir, yüksək səslərdən qorxur və onlara alışmır, həmişə yeməkdə seçicidir, müəyyən bir rəng, dad və ya qoxulu yeməyi sınaması üçün uşağı inandırmaq mümkün deyil”, - deyə həkim qeyd edib.

Qeyd edək ki, 2 aprel - Dünya Autizm Məlumatlandırma Günüdür. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ