SON DƏQİQƏ
» » Onları başa düşmək üçün 20 dəqiqə kifayətdir - Deputat

Onları başa düşmək üçün 20 dəqiqə kifayətdir - Deputat

Tarix:

2-05-2019, 15:45

/ 188 dəfə oxundu.
Onları başa düşmək üçün 20 dəqiqə kifayətdir - Deputat

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondu və Autist Uşaqların Reabilitasiyasına Kömək İB-nin təşkilatçılığı ilə keçirilən I Azərbaycan Autizm Festivalına qatılıb.

GunAz.az xəbər verir ki, özünü autizm sindromlu uşaqların dostu adlandıran deputat, onların problemlərini Milli Məclisdə hər zaman diqqətdə saxlamağa çalışdığını deyib.

O, autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsi, peşəkar kadrların hazırlanması məsələsinə böyük önəm verilməli olduğunu bildirib:

“Bu xəstəliyi dərindən anlamaq üçün sadəcə 20 dəqiqə autizim sindromundan əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir. Ailələr uşaqlarında autizmin olduğunu zamanında bilsələr, doğru mütəxəssis və həkim yardımı alsalar, bu uşaqların çoxunun gələcəyini xilas etmək olar. Bundan başqa cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi həm də ona görə vacibdir ki, insanlarımız hər yerdə bu cür uşaqlara və ailələrə qarşı həssas olmalı, ictimai yerlərdə belə ailələr heç bir zaman hər hansı sərt reaksiya ilə üzləşməməlidirlər. İnsanlarımız autizmli uşaqların bəzən normadan kənar hərəkətlər edə bildiyindən məlumatlı olmalıdırlar”.

Millət vəkili bütün KİV-ləri bu maarifləndirmənin daha da genişləndirilməsində geniş rol oynamağa, iş adamlarını autizm sindromlu uşaqlara kömək olan təşkilatlara dəstək göstərməyə çağırıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər