SON DƏQİQƏ

Göz qapağının dartılması nəyin əlamətidir

Tarix:

Bu gün, 18:35

/ 2 691 dəfə oxundu.
Göz qapağının dartılması nəyin əlamətidir

Gözün qeyri-iradi dartılması ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
GunAz.az xəbər verir ki, göz həkimi Aleksandr Umnov göz qapaqlarında yaranan tiklərin həm stress, həm də nevroloji xəstəliklərlə bağlı ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, göz qapaqlarının qeyri-iradi yığılması çox vaxt psixoemosional gərginlik, imtahanlara hazırlıq, xroniki yuxusuzluq və güclü iş yükü fonunda yaranır. Lakin bu simptom daha ciddi patologiyaların da göstəricisi ola bilər.
Umnov qeyd edib ki, tiklər bəzən psixonevroloji xəstəliklərlə əlaqəli olur. Bundan əlavə, bu hal quduzluq və ya kəllə-beyin travmasının əlaməti kimi də ortaya çıxa bilər.
Həkim həmçinin blefarospazm adlanan vəziyyətə diqqət çəkib. Bu zaman göz qapaqlarının nəzarətsiz yığılması müxtəlif qıcıqlandırıcıların təsiri ilə baş verir və göz sindromu, B qrup vitaminlərinin və maqneziumun çatışmazlığı ilə də əlaqələndirilə bilər.
скачать dle 12.1

Şərhlər