SON DƏQİQƏ
» » Çəkiyə nəzarət etmək üçün istifadə olunan bitkilər

Çəkiyə nəzarət etmək üçün istifadə olunan bitkilər

Tarix:

26-04-2023, 21:10

/ 3 530 dəfə oxundu.
Çəkiyə nəzarət etmək üçün istifadə olunan bitkilər

Bu gün dünyada insanlar arıqlamaq üçün min cürə yollar axtarırlar. Əlbəttə, insanın çəkisinin az olması onun sağlamlığına da çox kömək edir. Ona görə də biz çəkiyə nəzarət üçün dünya mətbuatında çap olunan yazılardan bəzilərini siz təqdim edirik. İnanırıq ki, siz bunlara əməl etməklə çəkinizə nəzarət edə biləcəksiniz.

Otlar və bitki çayları ilə maddələr mübadiləsini sürətləndirərək arıqlama və yağ yandırma prosesinizi asanlaşdıra bilərsiniz..

Beləliklə, otlar və bitki çayları ilə maddələr mübadiləsini – metapolizmanı sürətləndirərək arıqlama və yağ əritmə prosesini asanlaşdırmaq mümkündür.

Bəs çəkinizə nəzarət etmək üçün hansı bitkilərdən istifadə etmək faydalıdır?

Qarışıq yaşıl çay

Çox güclü antioksidant olan yaşıl çayın müntəzəm istifadəsi bədəndən toksinləri çıxarır. Buna görə də şişi aradan qaldıraraq bədəndəki yağın ərinməsinə zəmin hazırlayır.

Yaşıl çay qarışığı resepti belədir:

4 çay qaşığı yaşıl çay,

4 çay qaşığı mate yarpaqları,

2 çay qaşığı kəklikotu,

2 çay qaşığı gicitkən yarpağı və 1 litr su.

Darçın

Darçın həm qan şəkərini tənzimləyir, həm maddələr mübadiləsini aktivləşdirir, həm iştahı yatırır, həm də toxluq hissi yaradır.

Darçını süd və ya toz kimi qatıqla birlikdə qəbul edə bilərsiniz. Bu üsul bağırsaqların yaxşı işləməsinə səbəb olur.

Darçını toz halında dəmlənmiş çaya əlavə etmək də məsləhətdir. Bu həm də çaya xoş ətir verir.

Darçın çubuğunu suda bir neçə saat saxlamaqla o mayeni qəbul etmək faydalıdır. Bu suya limon, nanə və cəfəri də əlavə edib içə bilərsiniz.

Cəfəri

Cəfəri güclü antioksidantdır. Köklük problemini aradan qaldırır və piylərin ərinməsinə səbəb olur. Onu qaynar suda dəmləyib çay kimi qəbul edin.

Cəfəri ilə limonu da qarışdırmaq müalicəvi təsirə malikdir: bir dəstə təmiz və təzə cəfərini çəkib bir stəkan limon suyu və bir stəkan normal suda həll edərək qarışdırıb içmək xeyirlidir.

Mate yarpağı

Mate yarpağı durğun maddələr mübadiləsini – metabolizmanı aktivləşdirərək arıqlama prosesini başladır. Belə ki, insanı tox və daha az ac hiss etdirir. Bunun üçün 1 xörək qaşığı qurudulmuş və üyüdülmüş mate yarpaqları 200 qramlıq qaynar suya tökülür, 7-8 dəqiqə dəmlədilir və sonar içilir.

Rozmarin

Kökəlməyin qarşısını almaq və arıqlama prosesində rozmarin çayına üstünlük verə bilərsiniz. 1 çay qaşığı rozmarini qaynar su ilə dəmləyin və müntəzəm olaraq qəbul edin.

Tərə otu (vəzəri)

Tərə otu bitkisini səhər qəlyanaltısında 1-2 çimdik yeməkdə fayda var.

Gicitkən otu

Gicitkən otu bədəndəki yağın ərinməsinə səbəb olur.

Zəncəfil

Zəncəfil sidikqovucudur və köklüyü azaltmağa yardım edir. Bitki çayı şəklində zəncəfil tozunun üzərinə bir dilim limon da əlavə edərək istifadə edə bilərsiniz.

Kəklikotu

Arıqlama prosesi şişliyin azalması və yağların əriməsi deməkdir. Bu işdə sizə kömək edən kəklikotunu salatlara qatıb ədviyyat kimi istifadə edə bilərsiniz. Eyni zamanda, qaynar suda dəmlənən ətirli kəklikotulu çayı içmək də yağların əridilməsini sürətləndirir və daha sağlam şəkildə arıqlamanıza imkan yaradır.

Mərzə (marjoram)

İçməli suya mərzə və limon əlavə etməklə vücuddakı yağların əridilməsini sürətləndirə bilərsiniz. Mərzəni qaynar suda da dəmləyib çay kimi içmək faydalıdır.

Nanə

Salatlara, içməli suya, qatıqlara və sulu yeməklərə çiy və qurudulmuş şəkildə əlavə edilən nanə həm insanı tox tutur, həm də həzm sistemini tənzimləyir.

Albalı sapı

Qurudulmuş albalı saplarını dəmləyib çay kimi içmək bağırsaqları fəallaşdırır. Bağırsaqları normal çalışan insanlar adətən çox da kökəlmir, arıq qalırlar.

Şüyüd və şüyüd yarpaqları da bədəndən artıq yağları qovub çıxarır. 

Mixək çayı

İki mixəyi qaynar suya atın, bir az keçdikdən sonra üzərinə bir qabda qarışdırılmış 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsini əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra ağzı bağlı stəkanda soyudun. Səhər yeməyindən təxminən 1 saat əvvəl bu qarışığı qəbul edin. Amma həm də bunu yadda saxlayın ki, bu dəmləməni 1 ay ara verməklə etmək məsləhətdir.

Darçın və zəncəfil çayı qarışığı

1 çubuq darçın, 1 kök zəncəfil, 1 çay qaşığı qara bibər, 6 hil, 2 mixək, 1 çay qaşığı bal və 1 litr su. Qara bibər və baldan başqa, bütün digər məmulatları bir qabda qarışdırıb 3 dəqiqə qaynadın. Qaynayan qarışığa bal və qara bibər əlavə edin. Gün ərzində çay kimi 3 - 4 stəkan içə bilərsiniz.

Zəncəfil çayı, cökə (ıhlamur) və adaçayı (şalfey) qarışığı da mədə-bağırsaq sisteminin fəaliyyətini nizama salır. 

Limon otu çayı

Qəhvə bişirilən qaba 2 çay qaşığı limon otu qoyub qaynadın. Sonra kənarda qapağı bağlı halda 2-3 dəqiqə saxlayın. 5 dəqiqə sonra üzərinə 1 çay qaşığı nanə əlavə edib için.

Ağ çay

Ağ çayı günorta saatlarında 2 stəkan içməklə də köklüyün səbəbi olan bədəndə yağ toplanmasının qarşısını ala bilərsiniz.

Əziz oxucular!

Çəkinizə nəzarət etmək üçün hansı bitkilərdən istifadə edə bilərsiniz, bunları sizə təqdim etdik. Arıqlıq sağlamlıqdır, amma çox arıqlıq insanı zəif salır, əhval-ruhiyyəni xarab edir, əsəbləri pozur və üstəlik insanın  gözəlliyini də əlindən alar. Ən əsası  odur ki, yaşa görə normal çəkinizi saxlayasınız.

Zeynəb  GƏNCƏLİ

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ