SON DƏQİQƏ
» » Boğaz ağrısının ən effektiv dərmanı- Mütləq yoxlayın

Boğaz ağrısının ən effektiv dərmanı- Mütləq yoxlayın

Tarix:

14-10-2021, 08:01

/ 1 484 dəfə oxundu.
Boğaz ağrısının ən effektiv dərmanı- Mütləq yoxlayın

Bitki çayları boğaz ağrısını aparır, tərkibindəki maddələr sayəsində infeksiyanın qarşısını alır.

Bitki çayları boğazdakı selikli hüceyrələrin bərpasına və mikrobların bədəndən çıxarılmasına yardım edir.

Bitki çaylarını balla qarışdıraraq istehlak etmək daha faydalıdır. Bal boğaz ağrısını yüngülləşdirir, boğazı nəmləndirir və rahatlaşdırır.

Boğaz ağrısına yaxşı təsir edən çaylardan biri də razyana çayıdır. Razyana boğazdakı iltihabı aradan qaldırmaqla yanaşı güclü bəlğəmgətirici bitki kimi tanınır. Öskürək probleminə son qoymaq üçün razyana çayı içmək məsləhət görülür.

Nanə çayı həkimlər tərəfindən xüsusilə soyuqdəymə və boğaz ağrısının müalicəsi üçün tövsiyə olunur. Nanə efir yağlarının dezinfeksiyaedici təsirinə malikdir. Boğaz nahiyəsində mövcud olan mikrobların məhv olmasını təmin edir.

Boğaz ağrısını aradan qaldırmaq üçün ən asan vasitələrindən biri duzlu su ilə qarqara etməkdir. Duzlu su ağız boşluğundakı toksinlərin çıxarılmasını təmin edir və ağızın içini dezinfeksiya edir. Bu üsul badamcıqların şişkinliyini aradan qaldırır və badamcıq ağrısına son qoyur.

Kakos yağı dişləri və diş ətlərini sağlam saxlamaqla yanaşı, boğaz ağrısına da müsbət təsir edir. Dərman xüsusiyyətlərinə malik bitki mənbəyi kimi tanınan kakos yağı boğaz ağrısı və tonzillit kimi problemlərin müalicəsində istifadə olunur. Digər tərəfdən boğazdakı infeksiyanı qurutmağa və iltihabı aradan qaldırmağa, ağrı probleminə son qoymağa köməklik edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ