SON DƏQİQƏ

Merihin heykəli ucaldılacaq

Tarix:

6-07-2024, 08:32

/ 3 540 dəfə oxundu.
Merihin heykəli ucaldılacaq

Türkiyədə Merih Demiralın heykəl ucaldılacaq.
GunAz.az xəbər verir ki, Bolu Bələdiyyə Başçısı Tanju Özcan “bozqurd” işarəsi üçün UEFA-nın milli futbolçunu 2 oyunluq cəzalandırılmasına reaksiya verib.
Özcan cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib:
“Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm”.
Boluda “bozqurd” işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, “Gəlsin Avropa məni də cəzalandırsın” deyib.
скачать dle 12.1

Şərhlər