SON DƏQİQƏ
» » UEFA “bozqurd” işarəsinə görə Merihi cəzalandıra bilər

UEFA “bozqurd” işarəsinə görə Merihi cəzalandıra bilər

Tarix:

3-07-2024, 14:20

/ 4 041 dəfə oxundu.
UEFA “bozqurd” işarəsinə görə Merihi cəzalandıra bilər

UEFA Türkiyə yığmasının üzvü Merih Demiralı Avstriya ilə matçdakı qol sevincinə görə cəzalandıra bilər.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, M.Demiral qol sevincini “bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.
Onlar futbolçu barədə yaxın günlərdə son qərarı verəcək.
Qeyd edək ki, Türkiyə AÇ-2024-ün 1/8 finalında Avstriyanı məğlub edərək 1/4 finala adlayıb. Onlar burada Niderlandla qarşılaşacaq.
скачать dle 12.1

Şərhlər