SON DƏQİQƏ
» » Türkiyə yığmasını aparan təyyarə təcili eniş etdi- SƏBƏB NƏDİR?

Türkiyə yığmasını aparan təyyarə təcili eniş etdi- SƏBƏB NƏDİR?

Tarix:

22-11-2023, 11:22

/ 1 547 dəfə oxundu.
Türkiyə yığmasını aparan təyyarə təcili eniş etdi- SƏBƏB NƏDİR?

Avro-2024-ün seçmə mərhələsində Uelslə oyundan qayıdarkən Türkiyə millisini aparan təyyarə Almaniyada təcili eniş edib.

bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, buna səbəb qardaş ölkə yığmasının baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhətinin pisləşməsi olub.
Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Həmid Altıntop və V.Montella yığmanın həkimi ilə birlikdə xəstəxanaya yollanıblar.
Qeyd edək ki, Uelslə 1:1 hesablı heç-heçə edən Türkiyə millisi D qrupunu 17 xalla lider başa vurub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ