
İsveçin "Göteborq” futbol klubunun futbolçularının olduğu təyyarə göyərtəsində 30 şişirdilmiş top olduğu üçün Danimarkanın paytaxtı Kopenhagendə məcburi eniş etmək məcburiyyətində qalıb.
Bu barədə Aftonbladet nəşri məlumat yayıb.
Hadisə avqustun 2-də səhər saatlarında baş verib. Komanda təlim- məşq toplanışı üçün İsveçdən İspaniyaya yollanıb. Uçuşun başlamasından yarım saat sonra təyyarə komandiri təcili eniş etməli olacağını bildirib.
Təcili enişdən sonra futbolçuların olduğu təyyarə İspaniyaya uçmağa davam edib