SON DƏQİQƏ
» » Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi

Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi

Tarix:

25-03-2023, 23:28

/ 2 607 dəfə oxundu.
Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi

AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir.

Oxu.Az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvanda keçirilən görüş "ay-ulduzlular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matç Türkiyə yığması üçün yaxşı başlamayıb. Ozan Kabak 10-cu dəqiqədə avtoqolla yığmanın hesabda geri düşməsinə səbəb olub.

Lakin Türkiyə millisi fasiləyə qədər hesabda tarazlığı bərpa etməyi bacarıb. Orkun Kökçü 35-ci dəqiqədə gözəl qolla hesabı bərabərləşdirib.

64-cü dəqiqədə isə Keram Aktürkoğlu Türkiyə millisinə qələbə qazandıran qolu vurub.

 

https://baku.tv/embed/77330

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ