SON DƏQİQƏ
» » Yığmamız Estoniya seçməsini darmadağın etdi

Yığmamız Estoniya seçməsini darmadağın etdi

Tarix:

3-06-2022, 22:46

/ 1 371 dəfə oxundu.
Yığmamız Estoniya seçməsini darmadağın etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

GunAz.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

 

Parnu şəhərindəki "Parnu Rannastadion”dakı qarşılaşma Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə bitib.

Millinin qollarını 3 və 33-cü dəqiqədə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev, 84-cü dəqiqədə isə İsmayıl Zülfüqarlı vurub.

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 8 oyundan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb. 9 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu – 6-cı yerdədir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ