SON DƏQİQƏ

DÇ-2022: Argentina Urquvayı məğlub etdi

Tarix:

13-11-2021, 09:13

/ 2 298 dəfə oxundu.
DÇ-2022: Argentina Urquvayı məğlub etdi

Futbol üzrə Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Lionel Skaloninin baş məşqçi olduğu komanda Uruqvayın qonağı olub.

"Kampeon del Siqlo" stadionundakı qarşılaşma Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Anxel Di Mariya vurub.

Lionel Messi matça ehtiyat oyunçular skamyasında başlayıb və 76-cı dəqiqədə meydana daxil olub.

Argentina turnir cədvəlində 28 xalla ikinci, Uruqvay isə 16 xalla altıncı pillədə qərarlaşıb. İkiqat dünya çempionları noyabrın 17-də Braziliyanı qəbul edəcək, Uruqvay isə Boliviyanın qonağı olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ