SON DƏQİQƏ
» » Türkiyənin keçmiş erməni deputatı kilsədən qovuldu

Türkiyənin keçmiş erməni deputatı kilsədən qovuldu

Tarix:

22-04-2024, 10:09

/ 2 273 dəfə oxundu.
Türkiyənin keçmiş erməni deputatı kilsədən qovuldu

Türkiyə parlamentinin erməni əsilli keçmiş deputatı Karo Paylanı Los-Ancelesin Burbank şəhərindəki Müqəddəs Qevondats kilsəsindən qovublar.
GunAz.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilib.
Karo Paylanı Los-Ancelesdə baş nazir Nikol Paşinyanın dəstəkçilərindən olan Hnçakyan partiyasından Mihran Xaçaturyanın müşayiət etdiyi də qeyd edilib.
Məlumata görə, K.Paylan kilsəyə gələrkən Los-Ancelesin erməni icmasının nümayəndələri onu əclaf, türk, satqın adlandırıblar.
“Kilsədəkilər onu təhqir etməkdən çəkinirdilər, lakin o, kilsədən çıxanda onu türk, əclaf adlandırmağa başladılar. Paylan kilsənin içərisində daha təhlükəsiz olduğunu başa düşdü, yenidən kilsəyə girdi və yepiskopun müşayiəti ilə arxa qapısından çıxdı. Yepiskopla təhlükəsiz idi, insanlar yepiskopdan təsirlənərdi”, – erməni icmasının nümayəndəsi bildirib. (Yenisabah)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ