SON DƏQİQƏ

Cəlilabadda əkin sahələrini su basıb

Tarix:

21-03-2022, 11:14

/ 1 833 dəfə oxundu.
Cəlilabadda əkin sahələrini su basıb

Cəlilabaddda əkin sahələrini su basıb.

Rayon ərazisindən keçən Mişarçay məcrasından çıxıb.

Yerli sakinlərin sözlərinə görə, çayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb.

Məlumata görə, yaşayış məntəqələrinin müəyyən hissəsinin də su altında qalmaq təhlükəsi yaranıb.

Təhlükəni sovuşdurmaq üçün bu istiqamətdə tədbirlər həyata keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ